Modern.az

Nazir: "Büdcədən QHT Şurasına ayrılacaq vəsaitə 1 milyon manat əlavə olundu"

Nazir: "Büdcədən QHT Şurasına ayrılacaq vəsaitə 1 milyon manat əlavə olundu"

6 Dekabr 2011, 12:34

Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflərə münasibət bildirib.

Nazir deyib ki, büdcədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılması ilə bağlı təklif nəzərə alınıb. Qərara alınıb ki, 2012-ci il dövlət büdcəsindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün əvvəlcədən nəzərdə tutulan maliyyə vasaiti əlavə olaraq 1 milyon manat artırılsın.

Beləliklə, 2012-ci ildə dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 2 milyon 808 min 960 manat deyil, 3 milyon milyon 808 min 960 manat vəsait ayrılacaq. Bu vəsait ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən 2 milyon 766 min 324 manat vəsait ayrılmışdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal