Yaxın vaxtlarda Tikinti Məcələsi müzakirəyə çıxarılacaq. Bu barədə Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadənin sözlərinə görə, Tikinti Məcəlləsi, “Təhsil kreditləri haqqında” qanun layihəsi parlamentin İqtisadi siyasət və Dövlət quruculuğu və hüquq siyasəti komitələrinin birgə müzakirəsinə çıxarılacaq.
Z.Səmədzadə onu da bildirib ki, sovet dövründə vətəndaşların əmanət banklarında batıb qalan əmanətlərinin qaytarılması ilə də bağlı məsələ parlamentin diqqətindədir. Və bu istiqamətdə hazırda işlər gedir. Belə ki, yaxın vaxtlarda Milli Məclidə əmanətlərin qaytarılması ilə bağlı komissiya yaradılacaq. Bu istiqamətdə işlərin sürətləndiriləcəyini deyən Z.Səmədzadə məsələnin həll olunacağına ümid etdiyini vurğulayıb.
Modern.az