Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlərə yenidən baxılır. Yekun qərarlar qəbul edilir.
Müzakirəyə çıxarılan sənədlərdən biri də “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi olub.
Milli Məclis bu günkü iclasda «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsini təsdiq edib. Gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçünsə 87 manat səviyyəsində nəzərdə tutulub.
Parlamenti «Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihəsini qəbul edib.
Gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 12% artırılaraq 84 manata çatdırılıb.
Modern.az