Modern.az

Milli Məclis büdcəni təsdiqlədi, 2012-ci ilin mayında ona yenidən baxacaq

Milli Məclis büdcəni təsdiqlədi, 2012-ci ilin mayında ona yenidən baxacaq

Parlament

6 Dekabr 2011, 13:12


Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxildir. Bugünkü iclasda Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb. Müzakirəyə çıxarılan sənədlərdən 4-ü büdcə zərfinə daxildir. Bunlar “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələridir.
Bundan başqa, deputatlar Milli Məclisin xərclər smetasını, Hesablama Palatasının  smetasını, Vergilər Məcələsinə dəyişikliklə bağlı sənədi də müzakirəyə çıxarıblar.

Maliyyyə naziri Samir Şərifov bildirib ki, bir müddən öncəki müzakirlər zamanı bir çox deputat müxtəlif təkliflər səsləndirmişdi ki. bunlar da elm, təhsil, hərbi sahələrlə, qeyri-hökümət təşkilatları, qeyri-neft sektoru, regionların inkişafı, sosial məsələlərin həlli ilə bağlı olub.
Nazirin sözlərinə görə, təkliflərlə bağlı hökümət nümayəndələri müzakirə aparıblar və yekun nəticələrə gəlinib.
S.Şərifov bildirib ki, 2012-ci ildə Milli Məclisin xərclər simetasına 671 min manat əlavə vəsaitin ayrılmasına qərar verilib.

Ehtiyatda olan hərbi qulluqcuların kirayə pulunun digər hərbiçilərlə eyniləşdirilməsinə üçün 1,4 milyon əlavə vəsait ayrılıb.

Bələdiyələrin büdcəsi 3, 5 milyon manat nəzərdə tutulurdusa,  1,5 milyon manat artırılaraq 5 milyon manata çatdırılıb.

Dövlət Neft Şirkətinin nəzdindəki səhiyyə, mədəniyyət və  türizim obyektləri artıq müvafiq dövlət qurumlarına- Mədəniyyət və Turizm Nazirliyiə, Səhiyyə Nazirliyinə, Gənclər və İdman Nazirliyinə verilir.  Bunun üçün 31 milyon manat vəsait ayrılır.

Dağlıq Qarabağın Azərbaycanlı icması üçün 2012-ci ildə 500 min manat vəsait nəzərdə tutulur.

Ümumilkdə büdcənin xərclər hissəsi  87,6 milyon manat və ya 0,5 % artırılaraq 17,072 milyard manata çatdırılıb. Nəticədə büdcə kəsiri 634 milyon manata çatıb.

İclasda dəyişikliklər səsə qoyularaq büdcə sənədi təsdiq olunub. Bununla yanaşı,  Milli Məclis və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetaları da təsdiq olunub.  

Beləliklə, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, xərcləri 17 milyard 072 milyon  manat, büdcə kəsiri 634 milyon manat həcmində proqnozlaşdırılır.

Sonda Oqtay Əsədov bildirib ki, deputatların təkliflərinə nəzərə alınaraq, gələn ilin may ayında büdcəyə yenidən baxılacaq. Və müəyyən təkliflər də o zaman nəzərə alınacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR