Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 5-də Qaradağ rayonu ərazisində kirayədə yaşayan Yardımlı rayon sakinləri Bəyanət Hüseynov, Yasəf Hüseynov və Lətifə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Bundan əlavə, Suraxanı rayonu ərazisində yaşayan Fərqanə İlyasova və Sumqayıt şəhər sakini Arzu Əliyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Eyni zamanda Kürdəmir rayonunun Atakişili kənd sakini Rəna Zərbəliyeva və onun qızı 14 yaşlı Aygün evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Aygün oradaca ölüb, anasının vəziyyəti isə orta-ağırdır.
Modern.az