Modern.az

Misir Mərdanov: "Sınaq və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcək"

Misir Mərdanov: "Sınaq və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcək"

Təhsil

6 Dekabr 2011, 14:05

2011/2012-ci dərs ilində ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdənov bildirib.

O bildirib ki, ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2012-ci ilin 28 yanvar – 15 aprel tarixlərində keçirləcək. Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları isə 2012-ci ilin 02 iyun - 23 iyun tarixlərində olacaq.

“Peşə liseylərində  tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları 25 fevral 2012-ci il, buraxılış imtahanları isə 24 aprel 2012-ci ilin tarixlərində keçirləcək”.

M.Mərdənov qeyd edib ki, hazırda yoxlama və buraxılış imtahanlarında istifadə ediləcək və daha çox tətbiqi bacarıqları yoxlayacaq qiymətləndirmə vasitələrinin hazırlanması və ekspertizası həyata keçirilir. Onun sözlərinə görə, buraxılış sinif şagirdlərinin imtahanlara səmərəli hazırlaşması üçün qiymətləndirmə vasitələri Bankı təkmilləşdirilərək istifadəyə verilib. 

“2011/2012-ci dərs ilində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında iştirak edəcək IX və XI sinif şagirdlərinin, onların valideynlərinin və buraxılış siniflərində imtahan aparılan fənlərdən dərs deyən müəllimlərin 2011/2012-ci ilin noyabr-dekabr aylarında təlimatlandırılması davam edir. Rayon (Şəhər) Təhsil Şöbələri bu təlimatların aparılması cədvəli barədə Monitorinq və qiymətləndirmə şöbəsinə yazılı məlumat verir”.

Təhsil naziri onu da qeyd edib ki, 2011/2012-ci dərs ilində ümumi və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının keçirilməsi üçün respublika ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin məlumat bazası yaradılır. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama