Modern.az

Aşura günündə günortayadək 1150 nəfər qan verib

Aşura günündə günortayadək 1150 nəfər qan verib

Təhsil

6 Dekabr 2011, 14:26


Məhərrəmlik ayının onuncu günü Aşurada Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. Nazirliyin mətbuat xidmətinən Modern.az saytına verilən məlumata görə, günortayadək 1150 nəfər qan verib. Bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür.

Aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə, onun müavinləri hacı Sabir Həsənli, hacı Salman Musayev və digər QMİ əməkdaşları da bu gün "Təzə pir"də qan veriblər. 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama