“Qeyri-Hökümət Təşkilatlarına əlavə vəsaitin ayrılması dövlətin QHT sektoruna həsasslıq nümayiş etdirdiyini və QHT-lərin bu günkü rolunu yüksək qiymətləndirdiyini göstərdi”.
Bu sözləri Modern.az saytına açıqlamasında Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib:
“Cənab prezdentə təşəkkür etmək istəyirəm ki, şuranın qaldırdığı məsələyə dərhal reaksiya verdi. Eyni zamanda, maliyyə naziri, hörmətli Samir Şərifova da təşəkkür edirəm ki, bizim təkliflərimizi ümumiləşdirərək hökümətə təqdim etdi və cənab prezidentin razılığını aldı”.
A.Quliyevin sözlərinə görə, Milli Məclisin bugünkü addımı prezidentin 2007-ci ildə təsdiq etdiyi QHT-lərlə bağlı Konsepsiyada göstərilən müddəaların reallaşmasında dövlət çox qərarlı olduğunu nümayiş etdirdi.
A.Quliyev eyni zamanda bildirib ki, Qeyri-Hökümət Təşkilatlarının müxtəlif istiqamətlərdə təkliflər və təşəbbüsləri var. Onun sözlərinə görə, bu həftə gələn ilin ilk qrant müsabiqəsinin mövzuları müəyyənləşdiriləcək:
“Bu artım təbii ki həmin mövzularda nəzərə alınacaq. Daha çox QHT-nin mövzualarını əhatə etmək imkanımız olacaq. Gələn il üçün 1 milyon manat əlavə vəsait artırılıb. Bu adekvat olaraq QHT-lərin layihələrin dəstəklənməsində özünü göstərəcək”.
Modern.az