Modern.az

Məşhur aktyor Armen Ciqarxanyan: “Qarabağ məsələsində Azərbaycanla razılığa gəlmək lazımdır”

Məşhur aktyor Armen Ciqarxanyan: “Qarabağ məsələsində Azərbaycanla razılığa gəlmək lazımdır”

Təhsil

6 Dekabr 2011, 15:06

“Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlmək lazımdır”. Modern.az bildirir ki, bu sözləri SSRİ xalq artisti, məşhur erməni kinoaktyoru Armen Ciqarxanyan bir qrup ziyalının “Susmayaq” devizi altında onunla keçirilən görüşü zamanı bildirib.

“Əgər mən prezident olsaydım, gecə-gündüz yatmayıb bu problemin həlli yolunu tapardım”-deyən Ciqarxanyan dolayısı ilə vurğulayıb ki, hazırda bu prosesi idarə edənlər vəziyyətin gərginliyini anlamırlar.  Təşəbbüs Qrupu üzvlərinin “Axı Azərbaycan bizim tarixi torpaqlarımızı istəyir?” kimi sərsəm sualına cavabında erməni aktyor “problemi həll etmək üçün gecə-gündüz çalışmaq lazımdır” deyib.

SSRİ xalq artisti bildirib ki, Ermənistan qonşuları ilə münasibətlərini düzəltməlidir. Ciqarxanyan qeqd edib ki, Ermənistanın Türkiyə ilə münasibətlərini qurmaq cəhdini biləndə xeyli sevinib.  

SSRİ xalq artisti A.Ciqarxanyan bir sıra məşhur sovet filmlərində yaratdığı obrazlarla tanınıb. Onun “Tehran-43” filmində oynadığı terrorçu obrazı yaddaqalan kino roludur. SSRİ xalq artisti hazırda Moskvada yaşayır. O, Qarabağ münaqişəsinin ilk vaxtlarında erməni separatçılarını pisləyəməsi ilə ermənilər tərəfindən qınanıb. Ciqarxanyan sonralar da verdiyi müsahibələrində daima azərbaycanlı-erməni münasibətlərinin pozulmasına görə erməni millətçi dairələrini ittiham edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama