Milli Məclisdəki büdcə müzakirələrində qaldırılan təkliflərə uyğun olaraq 2012-ci ilin dövlət büdcəsindən Dağlıq Qarabağın Azərbaycanlı icması üçün 500 min manat məbləğində vəsait ayrılacaq. Modern.az xəbər verir ki, bu barədə parlamentdə maliyyə naziri Samir Şərifov məlumat verib.
Bəzi millət vəkilləri bunun az məbləğ olmadığını düşünərək icmanın öz fəaliyyətini gücləndirəcəyini düşünürlər. Bildirilir ki, Qarabağın azərbaycanlı icması dövlətin müəyyənləşdirdiyi kursa müvafiq olaraq beynəlxalq miqyasda daha böyük işlər həyata keçirməlidir.
Xatırladaq ki, bir müddət öncə deputat Rəbiyyət Aslanova adı çəkilən icmanın fəaliyyətini tənqid etmiş, “Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin indiki işinin qənaətbəxş olmadığını vurğulamışdı.
Qarşı tərəf isə iş görmək üçün büdcədən vəsait ayrılması təklifilə çıxış etmişdi.
Nəhayət pul ayrılır, baxaq görək, gələn il icma hansı yeniliklərlə çıxış edəcək?
Modern.az