Modern.az

Partiya sədri: “İqtidar maaş artımı ilə bağlı verdiyi vədin arxasında durmadı”

Partiya sədri: “İqtidar maaş artımı ilə bağlı verdiyi vədin arxasında durmadı”

7 Dekabr 2011, 13:11

Tahir Abbaslı: “Müəllimlərin maaşını 2 dəfə artırsalar belə, onun sosial rifahına təsiri cüzi olacaq”

“Bu hakimiyyət qarşısına Azərbaycan müəllimini bolşeviklərin dili ilə desək, bir sinif kimi hörmətdən salmağı məqsəd qoyub”. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı prezidentin sərəncamına əsasən müəllimlərin maaşının 10 faiz artırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 10 faizlik artım müəllimlərin dolanışığında heç bir əhəmiyyətə malik məbləğ deyil:
“İqtisadçıların hesablamalarına görə, hazırda Azərbaycanda infilyasiya həddi 14 faizi keçib. Məhsulların qiyməti xeyli qalxıb. Ona görə də bu məbləğ əslində çoxdan dəfələrlə infilyasiyanın yeminə çevrilib. Üstəlik bu günlərdə hökumət metronun və digər xidmətlərin haqlarını qaldırmaqla bu məbləği müəllimlərdən artıqlaması ilə alıb. Bu mənada hesab edirəm ki, əslində Azərbaycanda müəllimlərin maaşını 2 dəfə artırsalar belə, onun sosial rifahına təsiri cüzi olacaq”.

Azərbaycan hakimiyyətini əhalinin sosial durumu ilə maraqlanmamaqda günahlandıran T.Abbaslı bildirib ki, iqtidar maaş artımı ilə bağlı verdiyi vədin arxasında durmayıb:
“Xatırlayırsınızsa bu ilin yazında “Ərəb baharı”nın qızğın vaxtında prezident bölgələrə səfəri zamanı ciddi maaş artımının olacağını bildirmişdi. Hərçənd ki, biz buna o vaxtda inanmamışdıq, amma bir daha təsdiq olundu ki,  bu vəd əhalinin narazılıqlarını önləmək məqsədi güdüb”.

Hakimiyyətin bu yanaşmasının, xüsusilə də güc orqanlarında çalışanların maaşının digər təbəqələrə nisbətən çox artırılmasının yanlış olduğunu deyən AİDP sədrinin fikrincə bu, sosial partlayışla nəticlənə bilər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər