Modern.az

Yol polisi Sumqayıtdakı dəhşətli qəza ilə bağlı məlumat yaydı

Yol polisi Sumqayıtdakı dəhşətli qəza ilə bağlı məlumat yaydı

22 Fevral 2019, 12:12

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Sumqayıtda baş verən qəza ilə bağlı məlumat yayıb.           

 

Baş DYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev Modern.az-a bildirib ki, 21 fevral, saat 17:00 radələrində Sumqayıt şəhəri, Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində “Toyota Prado” markalı, 10-BN-023 dövlət qeydiyyat nişanlı avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan “AKİA” markalı, 50-AE-676 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Və nəticədə avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib”.

 

“Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata əsasən, xəstəxanaya aparılan 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub”-deyə R.Quliyev qeyd edib.

 

Bu gün isə reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülüb, palatada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları  gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı