Modern.az

Kolumbiya məhsulları Bakıda

Kolumbiya məhsulları Bakıda

Aktual

22 Fevral 2019, 16:27

Agromall Ticarət Mərkəzində Kolumbiya məhsullarından ibarət sərgi vitrini açılıb.

 

Kolumbiyanın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə,  Kolumbiyanın Rusiyadakı Procolombia Qurumu və Amsterdamdakı Kolumbiya Milli Kofeçilər Federasiyasının dəstəyi ilə vitrində kofe nümunələri, Juan Valdez və Buencafe  şirkətlərin avadanlıqları, Tropical Chips MMC  şirkətinin kofe təamlı şirniyyatları sərgilənib.

 

Qeyd edək ki, Agromall yerli və xarici ölkələrin  məhsullarının daimi şəkildə sərgilənməsi üçün şəraitin yaradıldığı topdan və pərakəndə satışı ilə məşğul olan ticarət məkanıdır. Agromall Azərbaycan Hökumətinin dəstəyi ilə yaradılan biznes modelidir və əsas məqsəd isə süni qiymət artımını aradan qaldırmaqla alıcılara kənd təsərrüfatının heç bir maneə olmadan çatdırılmasıdır.

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var