Venesuelada vəziyyət yenidən gərginləşir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ordu ilə yerli xalq olan pemon hinduları arasında baş verən toqquşmada iki nəfər ölüb. Hadisələr zamanı daha 22 nəfər yaralanıb.
Məlumata görə, qarşıdurma Venesuela prezidenti Nikolas Maduroya bağlı əsgərlərin Bolivar əyalətində yerli əhaliyə atəş açmasından sonra başlayıb.
Yerli qəbilə olan pemon hinduları isə bir neçə əsgəri, o cümlədən hücum əmrini verən Venesuela Milli Qvardiyasının generalı Xose Miqel Montoyyunu girov götürüblər. Bu barədə Milli Assambleyanın deputatı Ameriko de Qrasiya tvitter hesabından məlumat verib.