Modern.az

Qadın ABŞ-a uçuş zamanı öldü

Qadın ABŞ-a uçuş zamanı öldü

23 Fevral 2019, 00:44

Almaniyanın Frankfurt-na-Mayn şəhərindən Nyu Yorka yola düşən “United Airlines” təyyarəsində 71 yaşlı qadın vəfat edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qadının halı uçuş zamanı pisləşib. Sərnişinlər ona kömək etməyə çalışsa da, lazımi nəticə verməyib.

 

Təyyarə İrlandiyanın Şannon hava limanında yerə enib. Amma həkimlər yalnız ölüm faktını qeydə alıb.

 

“United Airlines” qadının ölümü ilə bağlı onun yaxınlarına təəssüfünü çatdırıb. Qadının ölümünün rəsmi səbəbi kimi ürəktutması qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir