Modern.az

Azercell-in şam ağaclarının işıqları bu il daha gur yanacaq!

Azercell-in şam ağaclarının işıqları bu il daha gur yanacaq!

7 Dekabr 2011, 16:59

Şirkət Park Bulvar-da “Onlar da hədiyyə gözləyirlər...” layihəsi çərçivəsində şam ağacları
bəzəyib


Bu şam ağaclarında neçə illərdir, həyata keçməyən nə qədər arzular var?! Ata-ana qayğısına həsrət olan uşaqların, Yeni İl gecəsində Şaxta babadan istəkləri nə olacaq? Sualların cavabını biz bilməsək də, ölkənin aparıcı mobil operatoru olan Azercell şam ağacında asılı qalan arzuları gerçəkləşdirəcək, Yeni İl gecəsində onları sevindirəcək! Hər zaman insanlara sevinc bəxş edən  Azercell, bu dəfə də balacaları öz arzularına qovuşduracaq!

Fəaliyyət göstərdiyi 15 il ərzində gələcəyimiz olan uşaqlara qayğı və diqqətini heç bir zaman əsirgəməyən Azercell bu il də onların gözünü yolda qoymayacaq. Onların arzularını bir-bir öyrənib, şam ağacından asacaq, gerçəkləşdirib sevinclərinə qoşulacaq... Bu Yeni İldə də Park Bulvar-ın ev sahibliyi ilə Azercell-in şam ağaclarının işıqları ətrafa nur saçacaq!

Hər zaman ehtiyacı olanları maraqlı hədiyyələrlə sevindirən Azercell ötən Yeni İldə ilk dəfə həyata keçirdiyi “Onlar da hədiyyə gözləyirlər...” layihəsini bu bayram da gerçəkləşdirəcək. Ənənəsinə sadiq qalaraq Park Bulvar alış-veriş mərkəzinin yan girişlərində bəzənmiş şam ağacları vasitəsilə valideyn himayəsindən məhrum olan uşaqların Yeni İl arzularını həyata keçirəcək. Dekabrın 11-dən 19-dək Park Bulvar-da qurulacaq şam ağacları bu il də uşaqların arzuları ilə bəzənəcək.

Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş 300 nəfər uşağı məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni İl bayramını unudulmaz bir şənliyə çevirməkdən ibarətdir.
Beləliklə, 9 gün müddətində hər bir kəs hədiyyələr alıb kimsəsiz uşaqları sevindirə biləcək. Uşaq evlərində yaşayan balalar üçün keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz əvəzsiz töhfəsini verə biləcək. Belə ki, üzərində uşaqlar üçün nəzərdə tutulan hədiyyələr yazılan açıqcalar hal-hazırda Park Bulvar alış-veriş mərkəzində yerləşdirilən 2 şam ağacından asılmışdır və bu hədiyyələr də təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacların üzərindəki rəngarəng yeni il oyuncaqlarının yanında yerləşdiriblər. Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edəcək.

Azercell prezidenti Ali Ağan hər zaman bildirir ki, Azercell fəaliyyətə başladığı ilk gündən uşaqlarla bağlı layihələrə diqqət yetirir.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 15 il ərzində Azercell abonentlərinə keyfiyyətli rabitə xidməti göstərməklə yanaşı cəmiyyətin bütün təbəqələrinin sosial inkişafına dəstək məqsədilə çoxlu layihələr həyata keçirib. Bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız Azercell-in maddi dəstəyini həmişə öz üzərində hiss ediblər. Şirkət hər il sosial layihələrə milyonlarla vəsait ayırır, indiyə qədər bu məbləğ 14,7 milyon dolları keçib.

Azercell daim uşaqları diqqət mərkəzində saxlayır, onların heç birini nəzərdən qaçırmamağa çalışır. Şirkətin uşaqların inkişafına yönəlmiş çoxsaylı layihələri “Heç bir uşağı nəzərdən qaçırmayaq”, “Hər Uşağın Ailəyə Ehtiyacı Var!”, “Uşaqlara qayğı”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar Xətt Xidməti” və s. kimi layihələri buna sübutdur.  



Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal