Suriyada yaşayış məntəqələri top atəşinə tutulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İdlib şəhərində təhlükəsizlik bölgəsindəki yaşayış məntəqələrini toplarla atəşə tutanlar Bəşər Əsəd rejimi və İrandan dəstək alan terrorçu qruplaşmalar olub. Hücumlar nəticəsində 5 mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb.
“Ağ dəbilqəlilər” mülki-müdafiə agentliyinin direktoru Mustafa Həcc Yusif “Anadolu” agentliyinə açıqlamasında rejim qüvvələrinin hücumlara davam etdiyini söyləyib.
Qeyd edək ki, Əsəd rejiminin bu ilin əvvəlindən bəri İdlib şəhərində təhlükəsizlik bölgələrinə hücumları nəticəsində ən azı 80 nəfər həlak olub, 265-dən çox insan yaralanıb.