Modern.az

Venesuela Kolumbiya ilə diplomatik münasibətləri kəsdi

Venesuela Kolumbiya ilə diplomatik münasibətləri kəsdi

24 Fevral 2019, 00:19

Venesuela Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuela lideri Nikolas Maduro bildirib.

 

Nikolas Maduro qeyd edib ki, bu qərarı uzun müddət düşündükdən sonra verib: “Mən uzun müddət Kolumbiya xalqına görə dözürdüm, hansı ki, nümayəndələri bizim aramızda yaşayır”.

 

O, kolumbiyalı həmkarı İvan Dukeni "iblis bədənli" adlandırıb.

 

Venesuela prezidenti bu gün həmçinin Karakasda ona dəstək verən tərəfdarları qarşısına çıxıb. Maduro çıxışını "Twitterdə" özü yayımlayıb.

 

Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza