Modern.az

8 dəqiqəlik əməliyyat: Təyyarə qaçıran güllələndi

8 dəqiqəlik əməliyyat: Təyyarə qaçıran güllələndi

25 Fevral 2019, 00:40

Banqladeş hərbçiləri təyyarə qaçırılmasının qarşısını alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, "Biman Bangladesh" aviaşirkətinə məxsus təyyarə Dəkkədən Dubaya uçan zaman onu qaçırmağa cəhd edilib. Amma buna cəhd edən kişi 8 dəqiqə davam edən xüsusi əməliyyat zamanı öldürülüb.

 

Onun üzərində tapança aşkar edilib. Sözügedən şəxsin psixi çatışmazlığı olduğu, baş nazir və onun həyat yoldaşı ilə danışmaq istədiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza