Modern.az

Fuad Muradov: “Bu tədbir jurnalistlərə verilən dəstəkdir”

Fuad Muradov: “Bu tədbir jurnalistlərə verilən dəstəkdir”

8 Dekabr 2011, 12:08


Bu gün İsmayıllı rayonunda  Gənclər Təşkilatları  Milli Şurasının (ARGTMŞ) “Jurnalistlər üçün qış məktəbi”  layihəsi çərçivəsində növbəti 3 günlük tədbiri öz işinə başlayıb.

Modern.az xəbər verir ki, 23 jurnalistin qatıldığı tədbirin açılış  mərasimində ARGTMŞ sədri,  milət vəkili Fuad Muradov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı  Nizami Ələkbərov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, həmin kafedranın müəllimi Zaur Babayev, APA-nın baş direktoru Vüsalə Mahirqızı və  digər şəxslər iştirak ediblər.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı  N.Ələkbərov açılış mərasimində bildirib ki, coxmillətli  bölgə  olan İsmayıllı rayonu  bir inzibati ərazi vahidi kimi 1931-ci ildə yaranıb.

Onun dediyinə görə, əhalisi 80 mindən çox olan bu rayonun ərazisi isə 2074 kvadrat kilometrdir

“Bu rayona mərhum ümummilli liderimiz Heydər Əliyev   ilk dəfə 1981- ci ildə səfər edib və 4 gün ərzində  öz həyat yoldaşı  mərhum Zərifə xanımla birgə  məşhur İvanovka kəndində qalıb. İndiki dövlət başçımız İlham Əliyev cənabları isə ik dəfə bu rayona 2005- ci ildə səfər edib və bu zaman rayonumuzda  bir sıra əhəmiyyətli obyektlərin açılışına  qatılıb. Ümumiyyətlə,  qədim tarixə maik olan İsmayıllı  daha çox Lahıc və Basqal kəndləri ilə tanınır, məşhurdur.  Qeyd edim ki, ölkəmizə, o cümlədən , İsmayıllı rayonuna gələn turistlər daha çox bu kəndlərdə istirahətə üstünlük verirlər. Məlumat üçün  onu da deyim ki, Yaponiyanın ölkəmizdəki səfirliyinin xətti ilə bu rayonda çox əhəmiyyətli layihələr reallaşdırılıb.  Hazırda Yaponiyanın şəhərlərindən biri iə İsmayıllının  “qardaşlaşmış şəhərlər” əməkdaşlığı üzərində işlər gedir. Həmçinin, İsmayıllı ilə Belarusun şəhərlərindən biri  “qardaşlaışmış şəhərlər”dir. Bununla belə, İsmayıllı yeganə rayondur ki, burada “Yapon parkı” salınıb. Eyni zamanda, bildirim ki, İsmayıllı rayonunda iki qəzet işıq üzü görür və  bunlar da  “İsmayıllı xəbərləri” və “Girdiman”dır. Etiraf edim ki, mənim daha çox izlədiyim “İsmayıllı xəbərləri”dir. Çünki bu qəzet daha operativ, daha çox  mövzu əhatəsinə malik  qəzetdir”-deyə, icra başçısı bildirib.

Millət vəkili F. Muradov öz növbəsində ilk öncə  belə bir layihənin məhz  bu bölgədə keçirilməsinə dəstək verməsinə görə  İsmayıllı rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Milət vəkilinin qeyd etdiyinə görə, ilk dəfə bu layihəyə 2009-cu ildə start verilib və bu yöndə ilk  tədbir 5 gün ərzində Quba rayonunda reallaşdırılıb.

F. Muradov onu da  bildirib ki, bu gün  jurnalistlərin üzərinə çox böyük vəzifə düşür.

“Çünki ölkəmiz müharibə vəziyyətində olduğu üçün Azərbaycan həqiqətlərinin yayılması, informasiya savaşının  uğurlu şəkildə aparılması ilk növbədə onlardan asılıdır. Hesab edirəm ki, bu günkü  tədbir də  jurnalistlərimizə verilən  bir dəstəkdir. Biz istəyirik ki, jurnalistlərimizə hər zaman dəstək verək. Bu məsələ həm də dövlət başçısının nəzarətindədir. Məhz onun göstərişi və müvafiq sərəncamı  ilə jurnalistlər üçün mənzil tikintisi, onların mənzillə təmin olunması nəzərdə tutulur. Bu onu göstərir ki, jurnalistlərlə bağlı müəyyən problemlər qalsa da, onların öz fəaliyyətlərini  daha  yaxşı  şəkildə qurmaları  uçün hər cür şərait yaradılmaqdadır”-deyə, millət vəkili bildirib.

BDU-nun professoru Cahangir Məmmədli isə qeyd edib ki, GTMŞ-ni hər zaman özünə çox doğma bir qurum hesab edir və bu baxımdan, onun keçirdiyi bütün  layihələrə böyük önəm verir :

“Bunlar olduqca maraqlı və vacib layihələr, işlərdir. Ona görə bu layihəni  həyata keçirdiyi üçün Milli Şuraya və onun rəhbəri Fuad müəllimə öz minnətdarlığımı bildirirəm”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı da  bu cür tədbirlərin davamlı olmasını və gələcəkdə digər tanınmış  jurnalistlərin, baş redaktorların da   bu yöndə  tədbirlərə dəvət edilməsini arzulayıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal