Modern.az

Qadınlarla bağlı müsabiqə elan olunub

Qadınlarla bağlı  müsabiqə elan olunub

8 Dekabr 2011, 12:39

“Lider qadınlar” İctimai Birliyi və Parlament Jurnalistləri Birliyi media nümayəndələri üçün müsabiqə elan edib. Modern.az saytının məlumatına görə, müsabiqə “Azərbaycanda qadın hüquqları” və “Azərbaycan qadınının obrazı” mövzularında keçirilir. Yazılar 2012-ci il yanvarın sonunadək qəbul ediləcək.  
Gələn il 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində isə müsabiqənin qalibləri elan olunacaq.
Təşkilatçılar hər istiqamət üzrə 3 qalibin seçilməsini nəzərdə tuturlar. Qaliblərə diplom və yüksək məbləğdə pul mükafatı veriləcək.
Mətbuatda dərc edilən yazılar Parlament Jurnalistləri Birliyində (ünvan: Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121) qəbul ediləcək

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi