Modern.az

"Azadlıq" qəzeti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına müraciət edəcək

"Azadlıq" qəzeti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına müraciət edəcək

8 Dekabr 2011, 15:30

Deputat Novruz Aslan “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonu məhkəməyə verib. Deputat jurnalistin İsmayıllıdan yazdığı yazıda onun işgüzar nüfuzuna xələ gətirdiyinə görə 10 min manat cərimələnməsini istəyib.
“Azadlıq” qəzetin redaktoru Sucəddin Şərifov Modern.az saytına deyib ki, onlar bununla bağlı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İsveçrənin Cenevrə şəhərindəki bş ofisinə müraciət edəcəklər.

“Əməkdaşımız imkansızdır. Ona görə Novruz Aslanın Azərbaycanda rəhbərlik etdiyi Qızıl Aypara Cəmiyyətinin təmsil olunduğu beynəlxalq təşkilata müraciət edəcəyik. Həmin quruma bildirəcəyik ki, müxbirin maddi vəziyyəti çox aşağıdır, onun məhkəməyə gedib-gəlməsi üçün kömək etsinlər. Bir də vəkil tutulmasına yardım göstərilməsini istəyəcəyik.
Biz bilirik ki, bizim istəyimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mandatına uyğun deyil. Amma onlar hümanitar fəaliyyətlə məşğul olduqlarına görə, biz istisna hal kimi müracitələrin nəzərə alınmasını istəyəcəyik”.

Qeyd edək ki, həm deputat N.Aslan, həm də jurnalist geri çəkilmək fikrində olmadıqlarını bəyan ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi