Modern.az

İŞİD Rusiyanın əsas kəşfiyyat mərkəzini niyə partlada bilmədi?

İŞİD Rusiyanın əsas kəşfiyyat mərkəzini niyə partlada bilmədi?

26 Fevral 2019, 11:49

İŞİD qruplaşması Rusiya Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) binası önündə terror aktı planlaşdırırmış.

 

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, terrorçular niyyətlərini həyata keçirərkən saxlanılmışdılar.

 

Terror aktının təşəbbüskarı İŞİD-lə sıx bağlı olan Əbu-Usmaa Noraki iolub. Tacikistanda və İsveçdə 2 terror aktının təşkilatçısı olan Noraki daha 2 diversiya aktını Moskvada planlaşdırırdı.

 

Moskvada İŞİD-in əsas əlaqələndirici olan tacikistanlı Naim Məhmədəliyevlə əlaqəyə girən Nioraki “QRU”nun Baş Qərargahına getmək üçün Xoroşevsk şossesi ilə hərəkət edəcək hərbi karvanı partlatmağı planlaşdırırdı. Məhz bu şossedə özünü tikinti ustası kimi təqdim edən Məhmədəliyevin işlədiyi bina yerləşirdi.

 

Terrork aksiyanın iştirakçıları partlayıcı hazırlamaq üçün triperoksid atseton alan zaman saxlanılmışdılar. Məhkəmə 2 Tacikistan vətəndaşına terror planlarına görə 15 il həbs cəzası kəsib. Təşkilatçı Nioraki isə hələ də məsuliyyətə cəlb olunmayıb.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir