“Batkovşina” partiyasının sədri və Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko tərəfdarlaır ilə birlikdə hazırki dövlət başçısı Pyotr Poroşenkonun impiçmentinə başlayıblar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Ali Rada da çıxışında deyib.
“Biz digər fraksiyalarla birgə prezidentin impiçmentinə başlayırıq”.
O prosesi Poroeşnkonun yaxın ətrafının ölkənin hərbi sənaye sahəsində oğurluq və yeyinti ilə məşğul olması faktlarına görə başladıqlarını deyib.