Qlobal Jurnalistlər Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.
Təşkilatın sədri Mehmet Ali Dim Modern.az-a eksklüziv açıqlamasında qeyd edib ki, 26 fevral 1992 tarixində ermənilər Rusiyanın dəstəyi ilə Xocalıda azərbaycanlılara qarşı soyqırmı aktı törədib və qətliamda 613 nəfər insan amansızlıqla qətlə yetirilib, 1000-lərlə xəsarət alan olub.
“Bu, bəşəri bir cinayətdir və dünya soyqırımına biganə qalmamalıdr. Xocalıda törədilən vəhşiliklərlə bağlı bütün faktların göz önündə olmasına rəğmən, insan haqları məsələlərində öndə gedənlər, Qərb baş verənlər qarşısında təəssüf ki, səssiz qalır.
Özəlliklə Rusiyanın erməniləri hələ də dəstəkləyib qoruması ədalətsiz yanaşmadır. Ermənistan 27 ildir hələ də işğalı davam etdirir.
Biz jurnalistlər dünyanı ədalətə səsləyirik. Beynəlxalq jurnalist təşkilatı olaraq hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün çalışacağıq”.