Modern.az

Türkiyəyə məxsus balıqçı gəmisi atəşə tutuldu: Yaralılar var

Türkiyəyə məxsus balıqçı gəmisi atəşə tutuldu: Yaralılar var

26 Fevral 2019, 20:40

Türkiyəyə məxsus balıqçı gəmisi atəşə tutulub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Rumıniyada qeydə alınıb.

Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanılıb və “Dayan” əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.

Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.

Böyük qorxu yaşayan 8 nəfərlik balıqçı heyəti rabitə əlaqəsinə girərək yardım çağırmaq məcburiyyətində qalıb.

Daha sonra Rumıniya tərəfinin gəmiləri də geri çəkildikdən sonra türk balıqçılar İstanbula qayıdıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir