Modern.az

Ermənistan hakimiyyəti KİV-ə müharibə elan edib

Ermənistan hakimiyyəti KİV-ə müharibə elan edib

27 Fevral 2019, 21:09

“Ermənistan hakimiyyəti KİV-ə müharibə elan edərək onları Yerevanın müxtəlif yerlərindəki ofislərindən çıxarır”.

Modern.az “Report”a  istinadən xəbər verir ki, bunu Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib.

 

Onun sözlərinə görə, jurnalistlərin həmin ofislərdən çıxarılması əmrini ölkənin Baş naziri Nikol Paşinyan verib: “Redaksiyaların ofisləri hərraca çıxarılacaq. Bu tədbirdə KİV də iştirak edə bilər. Bu qərar hakimiyyətin həyata keçirdiyi siyasətə tamamilə uyğun gəlir. Onlar KİV-i təhqir edirdilər, hədələyirdilər, tənqid edirdilər. Bu qərar isə ultimatuma daha çox oxşayır. Bu, hakimiyyətin KİV-ə müharibə elan etməsinin göstəricisidir”.

 

S.Seyranyan bildirib ki, Yerevan meri ilə ofisə dair razılıq əldə edilməsə, onda “Qraparak” qəzetinin baş redaktoru və “Aeli” mətbuat klubu məhkəməyə müraciət edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir