Modern.az

Tramp Kim Çen Inla razılaşa bilmədi - Böyük MƏYUSLUQ

Tramp Kim Çen Inla razılaşa bilmədi - Böyük MƏYUSLUQ

28 Fevral 2019, 12:27

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev Şimali Koreyaya qarşı sanksiyaların da qüvvədə saxlanılacağının anonsunu verib.

 

“Şimali Koreya nüvə silahından imtina etmək əvəzində bütün məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. Amma Tramp buna gedə bilməz. Bununla belə, Kim Çen In Koreyanın nüvə sınaqlarından vaz keçəcəyinə dair söz verdiyini də xatırladıb”-deyə Ağ Ev rəsmisi Sara Sanders deyib.

 

Xatırladaq ki, tərəflər “Hanoy Bəyannaməsi”ni imzalamadan Vyetnamı tərk ediblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir