Modern.az

Paşinyan faciəyə görə Ermənistan dövləti adından üzr istədi

Paşinyan faciəyə görə Ermənistan dövləti adından üzr istədi

1 Mart 2019, 11:43

Ermənistanın baş naziri Nikol Paşinyan 2008-ci il 1-2 mart hadisələri ilə bağlı xalqa müraciət edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir həmin hadisələrə görə dövlət adından xalqdan üzr istəyib.

 

“2008-ci ildə hökumətin fəaliyyəti ayrı-ayrı şəxslərə, qruplara deyil, bütövlükdə Ermənistan vətəndaşının hüquqlarına və azadlıqlarına doğru yönəlmişdi”-deyə Paşinyan açıqlama verib.

 

Paşinyan bütün vətəndaşlardan üzr istəyərək, hamını bu gün axşam planlaşdırılan yürüşə dəvət edib.

 

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələri zamanı Serj Sarkisyanın prezident seçilməsinə etirazlar zamanı 10 nəfər həlak olmuşdu.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir