Ukrayna prezidentliyinə namizəd Andrey Sadovıy namizədliyini Anatoli Qritsenkonun xeyrinə geri götürüb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə qərarını martın 1-də keçirdiyi brifinqdə deyib.
O, Qritsenkonu Ukraynanı korrupsiyadan azad ölkəyə çevirəcəyinə ümidini ifadə edib.