Modern.az

Yerli müalicə turizminin incisi “QALAALTI” - FOTOLAR

Yerli müalicə turizminin incisi “QALAALTI” - FOTOLAR

1 Mart 2019, 23:35

Azərbaycanın gözəl təbii guşələrindən biri olan Şabran rayonunun Qalaaltı kəndində yerləşən və yerli müalicə turizminin incisi sayılan Qalaaltı Hotel Kompleksi ilə bağlı  həm Azərbaycan, həm də xaricdə silsilə tədbirlər planlaşdırılıb. Silsilə tədbirlər çərçivəsində  ilk olaraq bu gün Qalaaltı müalicəvi istirahət kompleksinə turizm şirkəti nümayəndələri ilə medianın səfəri təşkil olundu.

 

Modern.az-ın əməkdaşının da iştirak etdiyi səfərdə Qalaaltı müalicəvi suyunun tarixi haqqında məlumat verilib. Bildirilib ki, 1960-ci illərdə Şabran (keçmiş Dəvəçi) rayonunda keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (Səhiyyə Nazirliyinin indiki Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiya və hidrokimya şöbəsinin əməkdaşlarının apardıqları  kəşfiyyat işləri nəticəsində, 1969-cu ildə tərkibində üzvi maddələr və müxtəlif minerallar olan və böyük müalicəvi əhəmiyyəti olan Qalaaltı suyu aşkar edilib.1975-ci il, 26 avqust Sovet Kəndi qəzetində dərc edilən “Müalicə Suyu” məqaləsində professor və tibb elmləri doktoru D. Hüseynov Qalaaltı suyu barədə qeyd edir:

“Dəvəçi rayonunun (indiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilib. Bunlar da böyük ehtiyata malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən artıqdır”.

 

Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərir ki,  Qalaaltı suyunun tərkibi Truskavetsdə çıxan mədən suyu ilə eynidir. Qalaaltı mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə Qalaaltı  mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. Qalaaltı sanatoriyası elmi tədqiqatlardan sonra 1975-ci ildən fəaliyətə başlamış və uzun illər Azərbaycan və ümumsovet vətəndaşlarına xidmət göstərib. Lakin ötən əsrin sonlarında sovetin dağılması və iqtisadi sosial problemlərlə bağlı sanatoriya nisbətən baxımsız hala gəlmiş və layiqincə istifadə olunmayıb.

 

Qalaaltı Hotel və Spa müasir müalicəvi və istirahət kompleksi müstəqillik dövrü ərzində dövlət tərəfindən aparılan regionların inkişafı, qeyri-neft sektorunun və turizmin inkişafı siyasəti keçmiş Qalaaltı sanatoriyasına da öz töhvəsini vermiş və 2015-ci ildən etibarən burada dünya standartlarına cavab verən kompleks fəaliyyətə başlayıb.

 

Bakıdan 127 km məsafədə və dəniz səviyyəsindən 700 m yüksəklikdə yerləşən kompleks 350-dən çox qonağın istirahəti və müalicəsi üçün nəzərdə tutulub. Kompleksdə 171 otaq var. Otaqlarda qonaqların dolğun istirahəti üçün bütün şərait yaradılıb.

 

Burada istər uzun müddətli müalicəvi istirahət, istərsə də asudə vaxt keçirmək üçün geniş şərait var. Bura açıq və qapalı hovuz, əyləncə mərkəzinin fərqli elektron oyunlar, boulinq, idman meydançalarını misal göstərmək olar.

Müştərilər üçün spa, hamam, sauna, türk hamam, biosauna, massaj, buxar, ekzotik duş və qar otağı, həmçinin müasir qurğularla təchiz olunmuş fitnes zalı fəaliyyət göstərir. Kompleksdə həmçinin aptek, suvenir dükanı, bank xidmətləri var. Müasir kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün müxtəlif iclas və konfrans otaqları var. Çıraq Tibbi Mərkəzi Kompleksin daxilində fəaliyyət göstərən Çıraq tibb mərkəzi müasir səhiyyə avadanlıqları ilə təchiz edilib. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.

 

Əsas müalicə aşağıdakı istiqamətlərdənibarətdir:

  • “Qastroenterologiya-Terapiya”
  • “Maddələr mübadiləsi bərpası-Endokrinoloji”
  • “Urologiya-Andrologiya”
  • “Ginekologiya”
  • “Kardiologiya”
  • “Nevrologiya”
  • “Hərəkət dayaq sistemi”

Qalaaltı sanatoriyasının “Çıraq” tibb mərkəzində aşağıdakı müayinələr aparılır:

  • Qanın biokimyavi analizi;
  • Qanın ümumi analizi;
  • Qanda şəkər miqdarının təyini;
  • Sidiyin ümumi analizi;
  • Cinsi orqanların ifrazatının müayinəsi;
  • Spermoqramma;
  • Parazitoloji müayinələr;
  • Disbakterioza görə bakterioloji əkmə;
  • Qidaya və kimyavi maddələrə həssaslığın yoxlanılması üçün TEST FED;
  • Helicobactger pylory 13C-ureaza testi;
  • İnfeksiyalar, onkomarkerlər, hormon paneli İFA laborator diaqnostikası
  • Ultrasəs Müayinəsi;
  • Rektoskopiya; qastro-duodenoskopiya;
  • EKG;
  • Rəqəmli Rentgendiaqnostika;
  • Kolposkopiya.

Çıraq tibb mərkəzində balneo-ozokerit bölməsinin xidmətlərindən aşağıdakı proseduraları nümunəgöstərmək olar:

  • Su və balneoterapiya;
  • Ozokerit terapiya;
  • Elektroterapiya;
  • Ultrasəs terapiyası;
  • Vakuum terapiya ;
  • Kombineşdirilmiş terapiya;
  • Lazer terapiya;
  • Pressomasaj;
  • Maqnitoterapiya;
  • Damaqların hidrolazer suvarması;
  • İnqalyasiyalar;
  • Speleoterapiya;
  • Hidrokolon terapiya(orqanizmin toksin və şlaklardan effektiv təmizlənməsi, bağırsaqların bioflorasının bərpası üçün dərman preparatlarının istifadəsi ilə;
  • Ozon terapiya (bakteriosid, göbələk əleyhinə, virus əleyhinə təsir, qanda oksigen miqdarını artırır, fermentlərin fəaliyyətni artırır, maddələr mübadiləsini stimulyasiya edir, immunitetigücləndirir);
  • Hirudoterapiya (zəlilər ilə müalicə);
  • Həkimlərin konsultasiyası: terapevt, nevropatoloq, fizioterapevt, uroloq, kosmetoloq, dietoloq,
  • ginekoloq;

 

Qalaaltı mineral sularının xüsusiyyətlərinə əsaslanan xüsusi proseduralar ilə yanaşı eyni zamandamüxtəlif balneo-proseduralar da təklif olunur:

  • Duş Şarko;
  • Sirkular və sualtı duş- massaj;
  • Qalvanovanna;
  • Aromatlaşdırılmış mirvari vannaları, xromoterapiya ilə;
  • Quru karbondioksid vannası;
  • Hidrokolon terapiya;

 

Qeyd olunmuş çoxşaxəli və ən müasir tələblərə cavab verən şərait imkan verir ki, kompleks həm yerli həm xarici qonaqlara yüksək səviyyəli xidmət və müalicə təşkil edə bilsin. Təsadüfi deyil ki, Qalaaltı Hotel Spa Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib. 2018-ci ildə assosiasiyanın baş toplantısı da Qalaaltı otelində keçirilib.

 

Həm əldə olunmuş nailiyyət və imkanlar, həm də Qalaaltı müalicəvi suyunun aşkar edilməsinin 50 illik yubileyi münasibətilə yerli və xarici ölkələrdə planlaşdırılan tanıtım tədbirlərinə artıq bu il start verilib. 2019-cu ilin fevral ayında, Rusiyanın Moskva və Sankt Peterburq şəhərlərində, Özbəkistanın Taşkənt şəhərində turizm şirkətləri üçün təqdimat tədbirləri təşkil olunub.

Statistikaya əsasən keçən il ərzində Rusiya, ABŞ, Qazaxstan, Özbəkistan, Ukrayna, BƏƏ, Qatar və digər ölkələrdən gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Aparılan təşfiqat kampaniyalarından əlavə, kompleks qiymət siyasətində yeniliklərə də imza atıb.

Yerli turizm şirkətləri xarici vətəndaşları müalicəyə cəlb etdikləri halda, onların komisyon dərəcələri 50% artırılıb.

Bu addımı atmaqda aşağıdakı məqsədlər önə çəkilir:

  • Azərbaycanın sağlamlıq turizmi məkanı kimi dünyada tanıtmaq məqsədilə xarici turistlərin cəlbini artırmaq
  • Xarici turistlərin cəlbilə ölkəmizin ixrac potensialına öz töhfəsini vermək
Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı