Modern.az

Şimali Koreya liderinin Vyetnam səfəri başa çatdı

Şimali Koreya liderinin Vyetnam səfəri başa çatdı

Dünya

2 Mart 2019, 11:55

Şimalİ Koreya lideri Kim Çen Inın Vyetnama səfəri başa çatıb.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Kim Çen In martın 2-də səhər saatlarında Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini, Vyetnamın sabiq Prezidenti Ho Şi Minin mavzoleyini ziyarət etdikdən sonra avtomobil karvanı ilə Donq Danq şəhərindəki dəmir yolu vağzalına yola düşüb.

Onu aparan zirehli qatar Vyetnamın Çin ilə sərhədində yerləşən Donq Danq stansiyasını yerli vaxtla 12:40-da tərk edib.

Güman olunur ki, Kim Çen In ölkəsinə qayıdarkən yolüstü Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.

Qeyd edək ki, Kim Çen In Vyetnama qatarla Çin ərazisindən keçməklə təxminən 66 saatlıq səyahətdən sonra çatmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir