5,5 mindən çox insan bu gün Fransada "sarı jiletlər"in 16-cı ümumxalq etiraz aksiyasında iştirak etmək üçün küçələrə çıxıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunur ki, 1,3 mindən çox insan Parisdə keçirilən aksiyanın iştirakçılarıdır.
Nazirlikdən verilən məlumata görə, bu göstərici ötən şənbə günü ilə müqaisədə bir neçə dəfə azdır. Aksiyalar zamanı 9 nəfərin saxlanıldığı bildirilir.