Modern.az

İranda spirtli içki ölümə səbəb oldu

İranda spirtli içki ölümə səbəb oldu

Dünya

3 Mart 2019, 00:48

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayəti inqilab və ümumi prokuroru Tahir Rəsuli İRNA-ya açıqlamasında deyib.

 

Rəsulinin sözlərinə görə, nəticədə biri qadın olmaqla iki nəfər həlak olub.

 

Rəsuli əlavə edib ki, 23 nəfər zəhərlənib və zəhərlənənlərdən biri görmə qabiliyyətini itirib.

 

“Ötən gecədən spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar Meşkinşəhrin xəstəxanasına müraciət etməyə başlanılıb”, - deyə o qeyd edib.

 

Rəsuli zəhərlənənlərin bir tədbirdə olmadığını və ayrı-ayrılıqda müraciət etdiyini deyib.

 

Zəhərlənənlər müalicə olunması üçün təcili yardım avtobusları ilə Ərdəbil xəstəxanalarına daşınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir