İndoneziyada növbəti dəfə zəlzələ olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Metereologiya, İqlim və Geofizika qurumu məlumat yayıb.
Məlumata görə, Sulavesi adasında qeydə alnan zəlzələ 5,1 bal gücündə olub.
Yeraltı təkanların episentri Siqi bölgəsindən 23 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatın olmadığı, sunami təhlükəsinin elan edilmədiyi bildirilir.