Modern.az

Bu ölkədə 610 milyon onlayn alıcı var

Bu ölkədə 610 milyon onlayn alıcı var

Dünya

3 Mart 2019, 23:12

Çində elektron ticarət xidmətlərindən istifadə edən alıcıların sayı 14,4 faiz artaraq 610 milyon nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Çin internet şəbəkəsi informasiya mərkəzinin statistikasında bildirilir.

Məlumata görə, hazırda Çində internet vasitəsilə bazarlıq edənlərin sayı ölkədəki ümumi internet istifadəçilərinin 73,6 faizini təşkil edir.

 

İnternet vasitəsilə məhsul alan müştərilərin təxminən 592 milyonu mobil telefonlardan istifadə etməklə sifarişlərini verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir