Modern.az

Ermənistanda müxalifət fəalı döyüldü

Ermənistanda müxalifət fəalı döyüldü

4 Mart 2019, 13:26

Ötən axşam Yerevanda ictimai fəal Narek Malyan döyülüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevan Dövlət Universitetinin rektorunu dəstəkləmək üçün aksiyalar keçirən fəal 10 nəfərlik qrupun hücumuna məruz qalıb.

O, hücumda iqtidara yaxınlığı ilə seçilən “Restart” təşkilatının rəhbəri David Petrosyanı və onun tərəfdarlarını ittiham edib.

 

Respublika partiyasının sədr müavini Armen Aşotyan hadisəni yeni hakimiyyətin müxalifətə təzyiqi kimi dəyərləndirib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir