Modern.az

Tramp təkrar prezident seçilə biləcək? – SORĞU

Tramp təkrar prezident seçilə biləcək? – SORĞU

Dünya

4 Mart 2019, 16:37

ABŞ-ın “NBC” telekanalı Donald Trampın 2020-ci ildə prezident seçilməsi ilə bağlı sorğu keçirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğu hər 10 seçicidən 4-nün Trampı dəstəklədiyini ortaya qoyub.

 

Rəyi soruşulanlardan 41%-i səsini hazırki dövlət başçısına, 48%-i isə demokratlara səs verəcəklərini bildiriblər. Bununla belə, 46% amerikalı Trampın prezidentliyini pozitiv qiymətləndirir.

 

Meksika ilə sərhəddə divarın hörülməsi üçün fövqəladə vəziyyətin elan olunması və “Rusiya işi” onunla bağlı narazılığın əsas mənbəyidir. Amma ölkə iqtisadiyyatının inkişaf göstəriciləri və partiyadaşlarının 90%-lik dəstəyi Trampa gələn il yenidən ölkə başçısı seçilmək üçün şans yaradacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir