Modern.az

 “Ali rəhbər Azərbaycan xalqını hər zaman müdafiə edib” - İran rəsmisi

 “Ali rəhbər Azərbaycan xalqını hər zaman müdafiə edib” - İran rəsmisi

Dünya

5 Mart 2019, 22:27

"İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei hər zaman bütün bölgə xalqı, xüsusilə Azərbaycan xalqını müdafiə edib və bunu davam etdirəcək”. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi-Türkmən Ermənistanın baş naziri Nikol Paşinyanın İslam Respublikasına səfəri zamanı İranda yaşayan erməni icmasının Azərbaycan Respublikasına qarşı çıxışına münasibət bildirərkən deyib.

 

O, ötən günlərdə bəzi yanlış davranışların Azərbaycan xalqını narahat edəcək hal yaratdığını vurğulayıb: “Bu, İranın Azərbaycan dövlətinə yönəlik strategiyasının dəyişdiyi yönündə bəzi şübhələrin gündəmə gəlməsinə səbəb olub. İslam inqilabının lideri hər zaman bölgə xalqı, xüsusilə Azərbaycan xalqını müdafiə edib və bunu davam etdirəcək. İranla Azərbaycan arasında əlaqələrin hər gün daha çox inkişaf etdirilməsi vacibdir. İran İslam Respublikasının 15 qonşusu var. Bunlardan biri bölgənin ən əhəmiyyətli ölkələrindən olan Azərbaycandır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir