Modern.az

ABŞ Ukrayna seçkiləri barədə:  Yalnız azad seçkiləri dəstəkləyəcəyik

ABŞ Ukrayna seçkiləri barədə:  Yalnız azad seçkiləri dəstəkləyəcəyik

6 Mart 2019, 22:53

ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir.

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu fikri Kiyevdə ictimai təşkilatların nümayəndələri ilə görüşündə ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeyl söyləyib.

 

Onun sözlərinə görə, Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir.

 

Qeyd edək ki, D.Qeyl martın 5-dən Ukraynaya rəsmi səfərə gəlib. Rəsmi görüşlərdə Ukraynada demokratik prinsiplərin inkişafı, insan haqlarının qorunması, prezident seçkiləri əsas müzakirə mövzuları olacaq.

 

D.Qeylin səfəri martın 7-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir