“ABŞ təhlükəsi ilə üzləşsə belə, Rusiya yeni sürətlə silahlanmaya qatılmayacaq”.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Sergey Lavrovun sözlərinə görə, Rusiya tərəfi strateji stabilliyin möhkəmləndirilməsinə dair danışıqlardan imtina etmək fikrində deyil, amma onun təklifləri cavabsız qalır.