Moskvanın cənub-şərqində “Ryazansk prospekti” metrostansiyası yaxınlığında kütləvi dava olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, silahlı davada 30-dək insan iştirak edib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 10 nəfəri saxlayıb. İnsidentin iştirakçılarından biri digərlərinə atəş açıb. Hazırda onun axtarışları aparılır.
Xəsarət alanlar haqda hələlik məlumat yoxdur.