Şimali Koreya “Yonbene” Elmi-Tədqiqat Mərkəzində uranın zənginləşdirilməsini davam etdirir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri So Xun açıqlama verib.
“Uranın zənginləşdirilməsi ilə məşğul olan mərkəz ABŞ-la Şimali Koreya arasında son sammitdən sonra da normal işləyirdi”.
Kəşfiyyat xidməti Şimali Koreyanın hələ ötən ilin sonlarında Yonbenedə yerləşən və plutonium əldə etməyə şərait yaradan 5 meqavatlıq nüvə reaktorunun fəaliyyətini dondurmuşdu.
Bundan əvvəl məlum olmuşdu ki, Şimali Koreya ölkənin qərbində yerləşən Soxe poliqonunu bərpa etmişdi. Tramp bu xəbərin təsdiqlənəcəyi halda çox ciddi məyusluq keçirəcəyini demişdi.