Şoumen və siyasətçi Vladimir Zelenski ona qarşı cinayət işinin açıla biləcəyini bildirib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə yazıb.
“Mənə qarşı cinayət işinə başlayırlar. Şirkətimə qarşı da iş açılıb, pulların yuyulmasında da ittiham olunacam. Düşünürəm ki, 2002-ci ildə Çerniqov vilayətində piyadanı vurmağımla bağlı yeni iş açılacaq”.
Xatırladaq ki, Vladimir Zelenski prezident seçkilərində ən reytinqli namizəd sayılır.