“Ölkə Prezidenti İlham Əliyev nə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva göstərir ki, Azərbaycan rəhbərliyi daim xalqın yanındadır”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın regionlara səfərini şərh edərkən deyib.
O bildirib ki, ölkə başçısı bölgələrə səfərləri zamanı sakinlərin yanında olur, onları dinləyir, problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verir.
“Cənab Prezident rayonlara səfərlərindən sonra həmin bölgələrin sosial-iqtisadi durumlarının daha da yaxşılaşdırılması üçün sərəncamlar imzalayır, dövlət büdcəsindən vəsait ayrılır. Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Biz deputatlar ölkə başçısının atdığı addımları təqdir edirik”-deyə Rüstəm Xəlilov bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsindən sosial məqsədlər üçün ayrılan vəsaitin ildən-ilə artması ölkə başçısının yürütdüyü siyasətin nəticəsidir.
"Prezident İlham Əliyev imzaladığı sərəncam və fərmanlar şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial durumunun yaxşılaşmasına xidmət edir. Bundan başqa ölkə bsşçısı minimum əmək haqqının və minimum pensiya məbləğinin qaldırılması ilə sərəncam imzalayıb. Bütün bunlar xalqa xidmət edir".
Deputat ölkə rəhbərinin apardığı struktur islahatlarını, idarəetmə sisteminin optimillaşdırılması istiqamətindəki siyasətini də yüksək qiymətləndirib.
R.Xəlilov bildirib ki, ölkə başçısının Ağsuda və Şamaxıda zəlzələdən əziyyət çəkən ailələrə baş çəkməsi vacib hadisədir.
Qeyd edək ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi.
Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.
Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.
Bu gün isə ölkə rəhbəri və birinci xanım Şamaxıya gediblər.