Modern.az

Ukraynada prezidentliyə ən real namizəd məlum oldu

Ukraynada prezidentliyə ən real namizəd məlum oldu

7 Mart 2019, 16:34

Ukraynada prezident seçkiləri ilə bağlı yeni rəy sorğuları keçirilib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, sorğularda keçmiş KVN iştirakçısı, yumorist Vladimir Zelenski öz liderliyini möhkəmləndirib.

Respondentlərin 20,3%-i ona səs veriblər. Onun arxasınca, “Batkovşina” partiyasının sədri Yuliya Timoşenko (13,9%) və hazırki dövlət başçısı Pyotr Poroşenko (13,1%) səs toplayıb.

 

Növbəti pillədə “Müxalifət platforması- Həyat naminə” fraksiyalararası birliyinin sədri Yuri Boyko (11,7%) qərarlaşıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir