Modern.az

Parlament bəzi cərimələri sərtləşdirdi

Parlament bəzi cərimələri sərtləşdirdi

Təhsil

13 Dekabr 2011, 13:16

Milli Məclisin dekabrın 13-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunaraq təsdiqlənib. Modern.az saytı xəbər verir ki, qanun layihəsi barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, sözügüdən məcəllənin 163 maddəsinə - avtvomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması maddəsinin  - 0.13-cü hissəsi ləğv edilir və ona 163-1 hissə əlavə edilir.

Əlavədə bildirilib ki, iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki, yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə hüquqi şəxslər 4000 manatdan 5000-a manata qədər miqdarda, vəzifəli şəxslər 1200 manatdan 1500 manata qədər cərimə ediləcəklər.
Bu qanun pozuntusuna görə, fiziki şəxslər isə 700 manata qədər cərimə ediləcəklər. Əgər fiziki şəxslər tərəfindən eyni hərəkətlər təkrar törədildikdə onlara məxsus iri qabaritli və ya ağır çəkili nəqlityyat vasitələrinin idarə edilməsi 6 aydan 1 ilə qədər qadağan olunacaq, həmçinin cərimə sanksiyası 6 min manata qədər müəyyən ediləcək.

Fiziki şəxs ona məxsus olan iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin aşmaqla yüklənməsinə görə 600 manatdan – 700 manata qədər cərimə ediləcək, qanunun 163-1.4 hissəsinə görə, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən tətkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etməkdən 6 aydan 1 ilə qədər məhdudlaşdırmaqla fiziki şəxslər 1000 manatdan 1200 manata qədər miqdarda, vəzifəli şəxslər 1800 manatdan 2000 manata qədər, hüquqi şəxslər 5500 manatdan 6000 manata qədər cərimə ediləcəklər.

Deputat Fəzail Ağamalı məsələyə munasibət bildirib. Deyib ki, bu çox vacib məsələdi. Hansısa sürücü 20 ton yük tutumana malik olan avtomaşına 30 ton yük vurub 100 manat əlavə pul alırsa, bunun əziyyətini dövlət çəkir.
"Bununla bağlı nəinki İnzibati Xətalar Məcəlləsinə, eyni zamanda Cinayət Məcəlləsinə də əlavə və dəyişikliklər edilməlidi. Çünki milyardlarla vəsait ayrılır yol tikintisinə. Məsələn, Bakı-Sumqayıt yolu çəkirlər, bir də görürsən ki üç aydan sonra yenə qazırlar, yararsız hala salırlar və yenidən həmin yola vəsait xərclənir. Bununla da həm dövləti ziyana salırlar, həm də ki, insanların əsəbləri korlanır. Ona görə də Cinayət Məcəlləsinədə əlavə olunmalıdı ki, bu cür hallara yol verən şəxslər cəzalansın. Yəni bu işə nəzarət olunmalıdı, məsuliyyətlə yanaşılmalıdı yol çəkilişinə.Yəqin ki, İnzibati Xətalar Məcəlləsinə əlavəvə dəyişikliklərdən sonra yollara qarşı vəhşilik münasibətinə son qoyulacaq".

Deputat Siyavuş Novruzov da bu dəyişikliyi dəstəkliyib və qeyd edib ki, Azərbaycana xaricdən də iri tonnajlı maşınlar daxil olur, Bu maşınlar xüsusən də İran İslam Respublikasından gələn iritutumlu yük avtomobilləridir, onlar normadan çox yük vururlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...