Modern.az

Milli Məclis kimlərin hərbi xidmətə aparılmamasını müzakiə edir (SİYAHI)

Milli Məclis kimlərin hərbi xidmətə aparılmamasını müzakiə edir (SİYAHI)

Parlament

13 Dekabr 2011, 13:46

Milli Məclisin bugün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az saytının məlumatına görə, bu sənəd əslində bir neçə qanun layihəsinin birləşməsini özündə ehtiva edir.

Layihə ilə bağlı vitse-spiker Ziyafət Əsgərov məlumat verib. O, deyib ki, qanun layihəsində bir sıra mühüm məsələlər əksini tapıb. Belə ki, son zamanlar ictimaiyyətin diqqətində olan magistraturada oxuyan tələbələrə hərbi xidmətdən möhlətin verilməsi, təkuşaqlı ailələrin övladlarının hərbi xidmətə çağrılması və alternativ xidmətlə bağlı məsələlər qanun layihəsinə daxil edilib.

Məlum olub ki qanun layihəsinə görə, müddətli hərbi xidmətə çağırışlardan azad etmə yalnız fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlara aid olunur, yəni magistraturada təhsil alan tələbələr hərbi xidmətə çağırlacaqlar.

Qanun layihəsində ailə vəziyyətinə görə hərbi çağırışdan möhlət hüququ aşağıdakı şəxslərə aid edilir:

Tək övladı olan, birinci qrup əlil ata və ya anaya;
Üç və daha çox uşağı olanlara;
Birinci qrup əlil arvadı olanlara;

Alternativ xidmətə gəlincə, qanun layihəsinin 3-cü maddəsinin 4-cü bəndində göstərilir:

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Yəni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla alternativ xidmət qəbul olunacaq.

“Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam edir...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR