Milli Məclisin dekabrın 13-də keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev maraqlı bir məsələyə toxunub. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, əhaliyə, xüsusən də cavanlar bilməlidirlər ki, Azərbaycanla Ermənistan arasında olan problemi təkcə ordumuzun gücü ilə həll etmək mümkün deyil, burada təbliğatın da rolu böyükdür.
Deputatın sözlərinə görə, qonşu İran Ermənistanla hər cür danışıqlara gedir, onlara hər cür yardımlar göstərir, müqavilələr bağlıyır, yəni, işğalçı ölkəylə əlbirdi.
“Qardaş hesab etyimiz Türkiyə Respublikası isə Ermənistanla ticarət dövriyyəsini 300 milyon dollar həcminə çatdırıb”.
Q.Həsənquliyev hərbçilərin maaşının qaldırılmasını da təklif edib. O bildirib ki, Azərbaycanın keşiyində duran zabitlər, Murov dağında soyuqda əziyyət çəkirlər. Soyuqda-qarda keşik çəkən zabitlər Bakıda “BMV” sürən çavuşlardan az maaş alırlar.
“Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdı, hərbiçilərin maaşları qaldırılmalıdır”.
Qüdrət Həsənquliyev onu da bildirib ki, magistraturaya qəbul olan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməlidi.
Modern.az