Filippin sahillərində 6 bal gücündə zəlzələ olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin episentri Davao şəhərindən 374 kilometr şimalda, ocağı isə 57 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.